Bakı. Trend:
Türkiyə ordusu sentyabrın 2-dən 5-dək İraqın şimalında və Suriyada ümumilikdə 35 terrorçunu məhv edib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat yayıb.
Məlumata görə, İraqın Metina, Zap, Qara, Qəndil və Asos bölgələrində terrorçuların 20 hədəfinə endirilən aviazərbələr nəticəsində azı 27 silahlı öldürülüb. Suriyanın şimalında daha 8 terrorçu zərərsizləşdirilib.
Ümumilikdə, ilin əvvəlindən Türkiyə Silahlı Qüvvələri bölgədə azı 1860 silahlını zərərsizləşdirib.