...

Fransada yeni baş nazir təyin edilməsi ciddi narazılıq doğurub

Dünya xəbərləri Materials 7 Sentyabr 2024 03:24 (UTC +04:00)

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makronun Mişel Barnyeni baş nazir təyin edilməsi ciddi narazılıq doğurub.

Trend “Figaro”ya istinadla xəbər verir ki, solçu partiyalar bu təyinata qarşı etiraz aksiyası keçirməyi planlaşdırır.

Sentyabrın 7-nə nəzərdə tutulan aksiyaya sol qüvvələrlə yanaşı gənclər təşkilatları da qoşulacaq.

Barnyenin baş nazir təyin edilməsinə qarşı Fransa üzrə ümumilikdə 130 yerdə etiraz aksiyası nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti