...

Türkiyədə zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 Sentyabr 2024 11:01 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin mərkəzi hissəsində 5,7 gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsinin episentri Kozan şəhərinin 20 km şimal-şərqində yerləşir. Zəlzələ mərkəzi 12 km dərinlikdə olub. Şəhərdə təxminən 88,1 min nəfər yaşayır.

Zərərçəkənlər və dağıntılar haqqında məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti