...

Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər müzakirə olunub

Dünya xəbərləri Materials 9 Sentyabr 2024 01:27 (UTC +04:00)
Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Braziliya Beynəlxalq Münasibətlər Mərkəzində (CEBRI) keçirilən paneldə Azərbaycanın COP29 gündəliyi çərçivəsindəki təşəbbüslərini təqdim edib.

Trend-in COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən aldığı məlumatına görə, Y.Rəfiyev "Qitələri birləşdirən: Bakıdan Belenə İqlim Liderliyi üzrə Dialoq" adlı panel müzakirəsində iştirak edib. O, panel iştirakçılarına COP29-dan gözlənilən nəticələr, konfransın gündəliyi çərçivəsində Azərbaycanın irəlilədiyi təşəbbüslər və COP29-un potensial uzunmüddətli qlobal mirası barədə ətraflı məlumat verib.

Braziliya rəsmiləri və digər iştirakçılar Azərbaycanın bu sahədəki səylərini yüksək qiymətləndirib və iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. COP29-un Azərbaycan tərəfindən ev sahibliyi ediləcəyi bu tədbir, ölkənin beynəlxalq iqlim siyasətindəki rolunu daha da möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti