Bakı. Trend:
Çin “yeni dövrdə” və “yeni vəziyyətdə” KXDR ilə strateji anlaşmanı dərinləşdirməyə, həmçinin koordinasiya və əməkdaşlığı gücləndirməyə hazırdır.
Trend xəbər verir ki, bunu Çin Prezidenti Si Tsinpin respublikanın yaranmasının 76-cı ildönümü münasibətilə Şimali Koreya lideri Kim Çen Ina teleqramında qeyd edib.
“Yeni dövrdə, yeni vəziyyətdə Çin tərəfi Çin-Koreya münasibətlərinə strateji səviyyədə və uzunmüddətli nöqteyi-nəzərdən diqqət yetirməyə davam edəcək. Və Koreya tərəfi ilə strateji anlaşmanı dərinləşdirməyə, koordinasiya və əməkdaşlığı gücləndirməyə hazırıq.", - deyə Si Tsinpin qeyd edib.
Si Cinpin həmçinin Pekinin “Çin-Koreya dostluq və əməkdaşlıq münasibətlərini birgə etibarlı şəkildə qorumağa, möhkəm gücləndirməyə və dinamik şəkildə inkişaf etdirməyə, sosializm işini birgə irəli aparmağa” hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu, iki ölkə xalqlarının maraqlarına cavab verir, həmçinin “regionda və planetdə sülh və sabitliyin, inkişaf və rifahın təmin olunmasına töhfə verir”.
Çin Xalq Respublikasının sədri qeyd edib ki, “Çin Xalq Respublikası ilə KXDR arasında ənənəvi dostluq zaman keçdikcə daha da möhkəmlənir”. Si Cinpin KXDR-ə firavanlıq, xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıb.
Sentyabrın 9-da Şimali Koreya respublikanın yaranmasının 76-cı ildönümünü qeyd edir.