Bakı. Trend:
Ukrayna Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini Rusiyaya mümkün raket tədarükü ilə əlaqədar çağırıb.
Trend xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Məlumata görə, İranın Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzəgara Rusiyanın ballistik raketlərlə təmin edilməsi barədə məlumatın təsdiqlənəcəyi təqdirdə nəticələr barədə xəbərdarlıq edilib.
İranın Rusiyaya ballistik raketlər tədarük etməsi ilə bağlı məlumatlardan Ukrayna tərəfinin dərin narahatlığı ifadə edilib.
Xatırladaq ki, "The Wall Street Journal" nəşrinin məlumatına görə, Rusiya İrandan qısamənzilli ballistik raketlər alıb. İran BMT-də Rusiyaya raket ötürülməsini təkzib edib.