Bakı. Trend:
Şimali Koreya Yapon dənizinə bir neçə qısa mənzilli ballistik raket buraxıb.
Trend xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu açıqlama yayıb.
Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, raketlər Pxenyan ərazisindən Yapon dənizinə doğru atılıb. Əvvəlcə yalnız bir raket atışı qeydə alınsa da, sonradan əlavə raketlərin də buraxıldığı təsdiqlənib. Cənubi Koreya ordusunun bildirdiyinə görə, raketlər təxminən 360 km məsafə qət edərək dənizə düşüb.
Qeyd edək ki, bundan əvvəl, iyulun 1-də Şimali Koreya ballistik raketlər buraxmışdı. Sentyabrda isə beş gün ardıcıl olaraq Xalq Respublikasından Cənubi Koreyaya zibil balonları göndərilmişdi.