Bakı. Trend:
ABŞ bu gün 16 Venesuela rəsmisinə qarşı sanksiyalar elan edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
"Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Venesuelada rəqabətli və əhatəli prezident seçkilərinə mane olduqları üçün prezident Nikolas Maduro ilə əlaqəli 16 Venesuela rəsmisini sanksiyalar siyahısına daxil edib", - deyə bildirilib.
Sanksiya siyahısına xüsusilə Venesuela Milli Seçki Şurasının və Ali Məhkəmənin üzvləri, həmçinin Venesuela ordusu və kəşfiyyat xidmətlərinin nümayəndələri daxil edilib.
Bundan əlavə, ABŞ Dövlət Departamenti N.Maduronu dəstəkləyən məmurlara qarşı yeni viza məhdudiyyətləri tətbiq edib.