...

Fransanın Aİ komissarı vəzifəsinə Stefan Sejurne təyin edilib

Dünya xəbərləri Materials 16 Sentyabr 2024 14:48 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Fransanın Avropa İttifaqı komissarı vəzifəsinə Thierry Bretonun yerinə xarici işlər naziri Stefan Sejurneni təyin edib.

Trend xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qeyd edək ki, Fransanın Avropa İttifaqı komissarı Thierry Breton bu gün istefa verdiyini açıqlayıb.

“Bretonun vəzifədən ayrılması və Sejurnenin təyini Avropadakı siyasi dinamikanın və Fransanın Avropa İttifaqındakı rolunun dəyişə biləcəyinə işarə edir”, - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti