Bakı. Trend:
KTMT Ermənistan üçün heç bir təhlükə yaratmır.
Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın "KTMT Ermənistanın suverenliyi üçün təhlükədir" bəyanatına münasibət bildirərkən deyib.
O, Moskvanın Paşinyanla qəti şəkildə razılaşmadığını deyib.
Peskov qeyd edib ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.
"Rusiya Ermənistanla təmasları davam etdirir və davam etdirəcək. Ermənistan yaxın tərəfdaşdır", - Dmitri Peskov əlavə edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə və suverenliyinə təhdid olduğunu bildirib.
"Biz KTMT-dəki üzvlüyümüzü dondurmuşuq, yalnız ona görə yox ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliklərini yerinə yetirmir, həm də ona görə ki, KTMT Ermənistanın təhlükəsizliyinə, varlığına, suverenliyinə və dövlətçiliyinə təhdid yaradır", - N.Paşinyan qeyd edib.
Paşinyan Ermənistanın KTMT ilə münasibətlərində "dönüş nöqtəsi"nin yaxın olduğunu vurğulayıb.