Bakı. Trend:
Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökuməti növbəti baş nazir Şiqeru İşibanın formalaşdıracağı yeni kabinetin yaradılması ərəfəsində tam tərkibdə istefa verib.
Trend-in məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib.
Parlament daha sonra növbədənkənar sessiyaya toplaşacaq və bu iclasda 27 sentyabr seçkilərindən sonra hakim Liberal Demokrat Partiyasının yeni sədri olmuş İşiba baş nazir seçiləcək. Bu siyasi qüvvə koalisiya tərəfdaşı "Komeyto" partiyası ilə birlikdə qanunverici orqanın hər iki palatasında çoxluğa malikdir.