Bakı. Trend:
İran İsrailin Hərbi Hava Qüvvələrinin iki bazasına və bu ölkənin kəşfiyyat xidməti “Mossad”ın qərargahına hücum edib.
Trend xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri bildirib.
“Biz “Mossad”ın qərargahına, Nevatim və Hatzerim hava bazalarına, həmçinin raket əleyhinə müdafiə radarlarına və İsrail tanklarına hücum etdik”, - deyə Baqeri bildirib.
Qeyd edək ki, dünən İran tərəfi İsrail ərazisinə onlarla raket buraxıb. Raket hücumunun nəticələri barədə hələki rəsmi məlumat yoxdur.