...

G7 ölkələrinin liderləri Yaxın Şərqdəki böhranı müzakirə ediblər

Dünya xəbərləri Materials 3 Oktyabr 2024 04:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə ediblər.

Trend-in məlumatına görə, İtaliya Nazirlər Şurası G7-nin sədri, İtaliyanın Baş naziri Ciorcia Meloni və “Böyük Yeddilik” ölkələrinin liderlərinin telekonfrans vasitəsilə fövqəladə toplantı keçirdiklərini açıqlayıb.

Görüşdə regiondakı vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edilib və gərginliyin azaldılması məqsədilə birgə səylərin artırılması razılaşdırılıb. Regional münaqişənin narahatlıq doğurduğu və diplomatik yollarla həllinin hələ də mümkün olduğu vurğulanıb.

Xəbər lenti

Xəbər lenti