Bakı. Trend:
Bu gün səhər saatlarından etibarən Rusiyanın paytaxtı Moskvada qatı "radiasiya dumanı" müşahidə olunur.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, dumanlı hava şəraiti ilə əlaqədar bəzi yollarda görmə məsafəsi məhdudlaşıb.
Sinoptiklərin sözlərinə görə, duman açıq səma, sakit hava şəraiti və su buxarının kondensasiyası şəraitində yer səthinə yaxın hava qatının gecə radiasiya soyuması ilə əmələ gəlib.