Bakı. Trend:
Filippində “Trami” tropik qasırğasının səbəb olduğu genişmiqyaslı daşqın və torpaq sürüşmələri nəticəsində ölən və itkin düşənlərin sayı 126-ya çatıb.
Trend-in məlumatına görə, bu barədə “Associated Press” (AP) hökumətin təbii fəlakətlərə cavabdeh agentliyinə istinadən xəbər verib.
Bildirilib ki, Filippinin şimal-qərbində baş verən fəlakət nəticəsində azı 85 nəfər həyatını itirib, 41 nəfər isə itkin düşüb.
Ölənlərin sayının artacağı ehtimal edilir. Daşqın səbəbindən on minlərlə bölgə sakini təxliyə edilib. Prezident Ferdinand Markos bildirib ki, hakimiyyət nümayəndələri böyük daşqınlara qarşı mübarizə üçün layihə hazırlığına başlamağı planlaşdırırlar.