Bakı. Trend:
Noyabrın 1-dən etibarən Rusiya Dünya Bankında (DB) Belarusun maraqlarını təmsil etməyə başlayacaq.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankının Rusiya üzrə icraçı direktoru Roman Marşavin bildirib.
Belarus indiyə qədər bankda Türkiyə-Belçika rəhbərliyi tərəfindən təmsil olunurdu, lakin Minskin təşəbbüsü ilə bu vəziyyət dəyişib.
2014-cü ildən bəri Rusiyanın Dünya Bankındakı nümayəndəliyi Suriyanın maraqlarını da təmsil edir.
Dünya Bankı 2022-ci ilin martında Qərbin tələbi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı Belarusdakı bütün proqramlarını dayandıracağını açıqlayıb və 2020-ci ilin ortalarından Minskin yeni kreditlər almasına icazə verməyib.