Bişkek. Trend:
Macarıstanın Baş naziri Viktor Orban Türk Dünyasının Ali Ordeni ilə təltif edilib.
Trend xəbər verir ki, mükafatı Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü çərçivəsində təqdim edib.
Qeyd edək ki, noyabrın 6-da Qırğızıstanın paytaxtında " Türk dünyasını gücləndirmək: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik" mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) XI Sammiti keçirilib.
Ölkə liderləri TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə ediblər, təşkilatın cari gündəliyinin aktual məsələlərinə dair qərarlar qəbul ediblər, həmçinin bir sıra çoxtərəfli sənədlər, o cümlədən yekun bəyannamə imzaladılar.
Sammitin yekunlarına əsasən Türk Dövlətləri Təşkilatına 2025-ci il üçün sədrlik Qırğızıstan Respublikasına keçəcək.