Bakı. Trend:
Tayvanın “Taiwan Semiconductor Manufacturing” (TSMC) şirkəti gələn həftədən başlayaraq ABŞ-dən materik Çinə süni intellektlə bağlı texnologiyalarda istifadə olunan çiplərin tədarükünü dayandırmaq barədə göstərişlər alıb.
Trend-in məlumatına görə, bu barədə "US News & World Report" nəşri xəbər verib.
"ABŞ Ticarət Nazirliyi TSMC-yə Çin üçün nəzərdə tutulan bəzi mürəkkəb çiplərə (...) ixrac məhdudiyyətləri tətbiq edən məktub göndərub, bunlar süni intellekt sürətləndiriciləri və qrafik emal vahidləridir (GPU)", - deyə bildirilib.
Məlumata əsasən, çiplərin ixracı məhduddur, çünki TSMC əvvəllər ABŞ Ticarət Nazirliyinə onun çiplərindən birinin Çinin "Huawei" şirkətinin süni intellekt prosessorunda aşkar edildiyi barədə məlumat verib. "Huawei" şirkəti ABŞ sanksiyaları altındadır.
ABŞ-dən məktubu aldıqdan sonra TSMC Çindəki müştərilərinə bazar ertəsindən etibarən çip daşınmasını dayandırdığını bildirdi.