Bakı. Trend:
Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrel Kiyevdə Vladimir Zelenski ilə görüşdə Avropa İttifaqının vəd etdiyi 1 milyon mərmi tədarükünü 2024-cü ilin sonuna qədər, yəni 10 aydan gec olmayaraq başa çatdıracağına söz verib.
Trend-in məlumatına görə, bu barədə J.Borrel "X" sosial şəbəkəsində yazıb.
J.Borrel bildirib ki, "Zelenski tərəfindən qəbul edilib", ona "Aİ-nin ilin sonuna qədər 1 milyon mərmi tədarük hədəfinə çatacağını" açıqlayıb.
O, üç gündür ki, Kiyevdə vida səfərindədir - dekabrın 1-də təqaüdə çıxacaq və onun yerinə estoniyalı Kaya Kallas gələcək.