...

İrəvanda avtobus sürücüləri tətil elan edib

Dünya xəbərləri Materials 3 Dekabr 2024 10:21 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın paytaxtı İrəvanda "İrəvan Avtobus" QSC-nin sürücüləri tətil elan edərək bu gün işə çıxmayıblar.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar iş şəraitinin və əməkhaqqının yenidən nəzərdən keçirilməsini tələb edirlər.

Nəticədə İrəvanın müxtəlif inzibati rayonlarında dayanacaqlarda növbələr yaranıb və vətəndaşlar nəqliyyatı uzun müddət gözləməli olublar.

Məlumata görə, İrəvan meriyasının nümayəndələri problemdən xəbərdar olduqlarını və tezliklə rəsmi açıqlama verəcəklərini bildiriblər.

Qeyd edək ki, oxşar hadisə 2024-cü ilin may ayında da baş vermişdi. Həmin vaxt sürücülər "İrəvan Avtobus" QSC-nin icraçı direktoru Samvel Nazaryanın hərəkətlərinə etiraz olaraq işə çıxmamış və şirkətdə 12 il işləyən bir neçə əməkdaşın işdən çıxarılmasına qarşı çıxmışdılar. O zaman meriya bu hadisəni islahatlara qarşı sabotaj cəhdi kimi qiymətləndirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti