...

Qazaxıstan Hərbi Dəniz Qüvvələri genişmiqyaslı döyüş hazırlığı yoxlanışından keçir (FOTO)

Dünya xəbərləri Materials 5 Dekabr 2024 07:33 (UTC +04:00)
Qazaxıstan Hərbi Dəniz Qüvvələri genişmiqyaslı döyüş hazırlığı yoxlanışından keçir (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Hərbi Dəniz Qüvvələri yeni təlim dövrünün başlaması ilə genişmiqyaslı döyüş hazırlığı yoxlanışına cəlb olunub.

Trend Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Aktau qarnizonunda 1500-ə yaxın hərbi qulluqçu, o cümlədən dəniz piyadaları həyəcan siqnalı ilə qaldırılaraq ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hərbi gəmilərin bazasında döyüş hazırlığı üzrə müxtəlif aspektlər, o cümlədən təxribat əleyhinə tədbirlər və taktiki əməliyyatlar sınaqdan keçirilib. Gəmilərin ekipajları döyüş şəraitinə yaxın şəraitdə səmərəli fəaliyyət göstərərək Xəzər dənizində hərbi təlimlərdə iştirak ediblər.

Desant-hücum batalyonunun dəniz piyadaları yüksək döyüş hazırlığı nümayiş etdirib. Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri geniş ssenarilər əsasında yoxlanılır, bu da şəxsi heyətin fövqəladə hallarda operativ fəaliyyət bacarıqlarını artırmağa yönəlib.

Xəbər lenti

Xəbər lenti