...

İtaliya hökuməti Suriyadakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 10 Dekabr 2024 04:27 (UTC +04:00)
İtaliya hökuməti Suriyadakı vəziyyəti müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Nazirlər Şurasında Suriyadakı mövcud vəziyyətlə bağlı iclas keçirilib.

Trend xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin sədrliyi ilə keçirilən toplantıda Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, müdafiə naziri Quido Krosetto, daxili işlər naziri Matteo Piantedosi, təhlükəsizlik xidmətləri və məxfi qurumların rəhbərləri iştirak ediblər.

Görüş zamanı Suriyadakı vəziyyətin ilkin nəticələri və bu çərçivədə atılacaq addımlar müzakirə edilib. Toplantıda aşağıdakı məsələlərə xüsusi diqqət yetirilib:

- Suriyanın bəzi bölgələrində döyüşlərin davam etdiyi bir şəraitdə mülki əhalinin təhlükəsizliyi prioritet olaraq vurğulanıb.
- Dinc və əhatəli keçidin təmin edilməsi zərurəti qeyd olunub.
- Suriyada yaşayan İtaliya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və bütün azlıqların qorunmasının vacibliyi müzakirə edilib.
- Bununla yanaşı, İtaliya hökuməti, digər Avropa ölkələri kimi, Suriyadan sığınacaq tələbləri ilə bağlı prosesləri dayandırmaq barədə qərar qəbul edib. Dəməşqdə diplomatik fəaliyyətin davam etdirilməsi məsələsi də təsdiqlənib.

İclasın yekununda bildirilib ki, İtaliya hökuməti regional, Avropa və G7 tərəfdaşları ilə sıx əməkdaşlıq edərək, Suriyadakı vəziyyəti yaxından izləməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti