...

Gürcüstan hökumətinin tərkibində yeni nazirliklər yaradılacaq

Dünya xəbərləri Materials 13 Dekabr 2024 06:29 (UTC +04:00)
Gürcüstan hökumətinin tərkibində yeni nazirliklər yaradılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan hökumətinin tərkibində daha bir nazirlik fəaliyyət göstərəcək.

Trend xəbər verir ki, Gürcüstan parlamenti üçüncü oxunuşda “Gürcüstan hökumətinin strukturunun, səlahiyyətlərinin və fəaliyyətinin qaydası haqqında” Qanuna təklif olunan əlavə və dəyişiklikləri təsdiq edib.

Yeni qəbul edilən layihəyə əsasən, 2025-ci il yanvarın 1-dən icra hakimiyyətinə iki yeni nazirlik - Mədəniyyət Nazirliyi və İdman Nazirliyi əlavə olunacaq. Mədəniyyət Nazirliyi, mədəniyyət siyasətinin həyata keçirilməsi ilə bağlı hazırkı Mədəniyyət və İdman Nazirliyinin hüquqi varisi olacaq. İdman Nazirliyi isə müvafiq sahələr üzrə səlahiyyətləri həyata keçirəcək.

Qanun layihəsi 87 səslə, yekdilliklə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti