...

"Ryanair" aviaşirkətinin təyyarəsi məcburi eniş edib

Dünya xəbərləri Materials 25 Yanvar 2025 11:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Buxarestdən Fransanın Marsel şəhərinə uçan İranlandiyanın aşağı-büdcəli (loukoster) “Ryanair” hava yolları şirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsi səmada olarkən qəza siqnalı göndərib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumt yayıb.

Məlumata görə, təyyarə Rumıniyanın paytaxt aeroportundan qalxandan sonra, çox keçməmiş pilotlar dispetçer qülləsinə “Mayday” siqnalı yollayıb. Buna səbəb təyyarənin ekipaj kabinasından çıxan tüstü olub.

Nəticədə 450 metr yüksəklikdə olan layner yüksəlişi dayandırıb və təyyarə 15 dəqiqədən sonra qalxdığı aeroporta məcburi eniş etməli olub.

İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti