Bakı.Trend:
Kaliforniyada ştatın ABŞ-nin tərkibindən çıxmaqla bağlı “Calexit” adlı prosesin başlanılması üçün imza toplanmasına başlanılıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Petisiyanın artıq rəsmi qaydada qeydiyyatdan keçdiyi bildirilir.
“Qəbul olunacağı təqdirdə - “Brexit” səsverməsinə istinad olan “Calexit” artıq 2028-ci ildə səsverməyə qoyula bilər. Beləcə kaliforniya sakinləri Bİrləşmiş ştatların tərkibində qalmaq və ya azad və müstəqil ölkə olmaqla bağlı suala cavab verməli olacaqlar.
Referendum təşəbbüsün başlanılması üçün isə, ümumi səsverənlərin 50 faizindən çoxu bunu dəstəkləməlidir. Çoxluq ştatın ABŞ-nin tərkibində çıxmasına səs versə belə, əvvəlcə belə bir qərarın nəticələrini təhlil edəcək xüsusi komissiya yaradılacaq və rəsmi hesabat hazırlamalı olacaq.