Bakı. Trend:
Finlandiya hökuməti daimi yaşayış icazəsi əldə etmək üçün yeni və daha sərt tələblərin tətbiqini planlaşdırır.
Trend "Yle" agentliyinə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Mari Rantanen bu dəyişikliklər barədə məlumat verib.
Yeni qaydalara əsasən:
- Daimi yaşayış icazəsi üçün ölkədə qalma müddəti dörd ildən
altı ilədək artırılacaq.
- İsveç və ya fin dillərində biliklərin təsdiqlənməsi tələb
olunacaq.
- İllik gəlirin minimum 40 min avro olması və ya ölkədə tanınan ali
təhsilə və ya doktorantura dərəcəsinə malik olmaq şərti tətbiq
ediləcək.
Bu dəyişikliklər Finlandiyada daimi məskunlaşmaq istəyənlər üçün daha yüksək standartlar müəyyənləşdirəcək.
