...

Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı qanunun qəbulu etirazlara səbəb olub

Dünya xəbərləri Materials 31 Yanvar 2025 06:57 (UTC +04:00)
Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı qanunun qəbulu etirazlara səbəb olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada Xristian Demokratlar İttifaqının (CDU) hazırladığı və miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan təklifin ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) dəstəyi ilə yanvarın 29-da Bundestaqda qəbul edilməsi ölkədə siyasi gərginliyi artırıb.

Trend xəbər verir ki, Berlin, Münxen, Frayburq, Hannover, Drezden və Maynts da daxil olmaqla bir çox şəhərdə on minlərlə insan küçələrə çıxaraq CDU/CSU ittifaqının təklifinin AfD-nin dəstəyi ilə qəbul edilməsinə etiraz ediblər. Aksiyaçılar CDU və CSU-nun əsas və əyalət təşkilatlarının qərargahları qarşısında toplaşıb.

Qətnamənin qəbulu CDU daxilində də narazılığa səbəb olub. Partiyanın tanınmış üzvü, publisist Mişel Fridman CDU sıralarından istefa verdiyini elan edib. Keçmiş kansler və uzun illər CDU-ya rəhbərlik etmiş Angela Merkel isə partiyanın hazırkı lideri Fridrix Mertsin təşəbbüsü ilə qəbul edilən qanunun AfD-nin dəstəyi ilə təsdiqlənməsini tənqid edib. O, Bundestaqda ilk dəfə AfD səsləri ilə üstünlüyün əldə edilməsini düzgün hesab etmədiyini bildirib.

Xatırladaq ki, müxalifətdə olan Birlik partiyalarının təqdim etdiyi və Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan beş maddəlik qətnamə 345 əleyhinə 348 səslə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti