...

Polşada fermerlər Avropa Komissiyası rəhbərini fitə basdı

Dünya xəbərləri Materials 8 Fevral 2025 06:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qdansk şəhərində Polşalı fermerlər Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı hiddət nümayiş etdiriblər.

Trend xəbər verir ki, Avropa Komisiyasının iclasının keçirildiyi Avropa Həmrəylik Mərkəzinin binasının qarşısında minlərlə fermer bir araya gələrək etiraz aksiyası keçirib.

Onlar Avropa İttifaqının kənd təsərrüfatında bir sıra ekoloji tələblərin sərtləşdirilməsini nəzərdə tutuan “yaşıl kursundan” gileyləniblər. Fermerlər eyni zamanda kənd təsərrüfatı məhsullarının dəyərinin qalxmasına etirazlarını bildiriblər.

Avropa Komissiyasının nümayəndə heyətini toplantı yerinə gətirən avtomobillər yaxınlaşanda etirazçılar rəsmiləri fitə basmağa başlayıblar. Onlar “ Rədd ol, Ursula!”, “Rədd ol, Ursula!” şüarı səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti