...

Yaponiyada qar uçqunu – Yüzdən çox turist çıxılmaz vəziyyətdə qalıb

Dünya xəbərləri Materials 12 Fevral 2025 20:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Fukuşima prefekturasında yerləşən termal su kurortunun ərazisində güclü qar uçqunu baş verib.

Trend xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.

Yaranmış vəziyyətdə kurortun ətrafla əlaqəsi kəsildiyindən yüzdən çox turist çıxılmaz vəziyyətdə qalıb.

Turistlərin tədricən təxliyəsi üçün əraziyə helikopter göndərilib. Artıq təcrid olunmuş ərazidən azı 40 nəfərin çıxarıldığı bildirilir.

Əlverişsiz hava şəraiti, o cümlədən, güclü qar yağması ilə əlaqədar Fukuşimada nəqliyyatın hərəkətində ciddi pozuntular yaranıb, qatar və hava reysləri təxirə salınıb, bölgənin məktəbləri bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti