Bakı.Trend:
Çinə qarşı tətbiq olunan idxal rüsumları ümumilikdə 600 milyard dollar həcmindədir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Mən Çinə qarşı 600 milyard dollarlıq əhəmiyyətli rüsum tətbiq etmişəm. Başqa heç bir prezident bu qədər rüsum tətbiq etməyib”, - Tramp qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Çinin Kommersiya Nazirliyi Vaşinqtonun Çin məhsullarına tətbiq etdiyi sərt rüsum siyasətinin “tipik proteksionizm siyasətinin təzahürü” olduğunu bildirmiş və ABŞ administrasiyasını “çoxtərəfli ticarət sisteminin doğru yoluna qayıtmağa” çağırmışdı.