...

ABŞ Administrasiyası USAID-in minlərlə əməkdaşını ixtisar etməyə başladı

Dünya xəbərləri Materials 24 Fevral 2025 06:10 (UTC +04:00)
ABŞ Administrasiyası USAID-in minlərlə əməkdaşını ixtisar etməyə başladı

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) minlərlə işçini əhatə edəcək kütləvi ixtisarlara başlayıb.

Trend-in məlumatına görə, bu barədə USAID-in saytında verilən məlumatda bildirilib.

Məlumata əsasən, yerli vaxtla saat 23:59-da agentliyin bütün dünya üzrə əməkdaşlarının əksəriyyəti inzibati məzuniyyətə göndəriləcək. Kritik tapşırıqların və xüsusi proqramların həyata keçirilməsinə cavabdeh olan, eləcə də əsaslı rəhbərliyin təmin edilməsinə cavabdeh olan USAID əməkdaşları üçün istisna təşkil ediləcək.

"Eyni zamanda, USAID ABŞ-da fəaliyyət göstərən təxminən 1600 əməkdaşını əhatə edəcək işçi qüvvəsinin ixtisarına başlayır", - deyə bildirilib.

Xaricdə yerləşən USAID əməkdaşlarına hökumət hesabına ABŞ-yə qayıtmaq və bəzi bonuslar təklif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti