...

Tramp administrasiyası USAID-in müqavilələrinin 90 faizdən çoxunu ləğv edəcək

Dünya xəbərləri Materials 27 Fevral 2025 07:08 (UTC +04:00)
Tramp administrasiyası USAID-in müqavilələrinin 90 faizdən çoxunu ləğv edəcək

Bakı. Trend:

Tramp administrasiyası Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamenti ilə xarici yardım müqavilələrinin 90 faizdən çoxunu ləğv etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" informasiya agentliyi xəbər verib.

Agentliyin əldə etdiyi memorandumda Trampın sərəncamı ilə USAID-ə ayrılan bütün vəsaitlərin icmalının nəticələri öz əksini tapıb. Qeyd edilib ki, ABŞ 60 milyard dollarlıq xarici yardımı dayandırmağı planlaşdırır. Tramp administrasiyası çərşənbə günü təqdim etdiyi memorandumda və məhkəmə sənədlərində planlarını açıqlayıb.

Qərar ABŞ məhkəməsinin fevralın 26-dan əvvəl xarici yardımın maliyyələşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması barədə qərar çıxarmasından sonra verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti