...

USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq

Dünya xəbərləri Materials 27 Fevral 2025 09:35 (UTC +04:00)
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ administrasiyası Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin bağladığı müqavilələrin 90%-dən çoxunu ləğv etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb

Məlumata görə, memorandumda USAID-in ayırdığı bütün maliyyə vəsaitlərinin yoxlanılmasının nəticələri əks olunub. ABŞ ümumilikdə 60 milyard dollara yaxın məbləğdə xarici yardımı dayandırmağı planlaşdırır.

Tramp administrasiyası bu niyyətini memorandumda və məhkəmə sənədlərində təfsilatlı şəkildə ifadə edib.

Qeyd olunur ki, Vaşinqtonun bu qərarı ABŞ federal məhkəməsinin beynəlxalq maliyyə yardımlarının göstərilməsi ilə bağlı qadağanın müvəqqəti olaraq ləğv edilməsinə dair qətnamə çıxarması fonunda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti