Bakı. Trend:
Reyunyon adasına daxil olan “Qarans” siklonu şənbə günü bölgədə azı 4 nəfərin həyatına son qoyub.
Trend xəbər verir ki, bu haqda “France 24” məlumat yayıb.
Cümə günündən başlayan qasırğa şiddətli küləyə, leysan yağışlara, selə və torpaq sürüşmələrinə səbəb olub. Daşqınlar səbəbindən yüz minlərlə insanın işıqsız və içməli susuz qaldığı deyilir.
Sürəti saatda 230 kilometrə çatan kəskin külək minlərlə ağacı kökündən qoparıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Hind okeanı adasına uçuşlar dayandırılıb.