Bakı. Trend:
Rəsmi İrəvan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xətti ilə 110 milyon dollar həcmində maddi vəsait qəbul edib.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyi bəyan edib.
2024-cü ilin sentyabr ayında ABŞ və Ermənistan arasında 250 milyon dollar həcmində qrant sazişi bağlanıb. Lakin USAID-in fəaliyyətinin dondurulması ilə əlaqədar rəsmi İrəvan sənəddə nəzərdə tutulan məbləğin yalnız yarısını əldə edə bilib.
Sənədin bir neçə məqsədi olub. Onların arasında Ermənistanda vətəndaş cəmiyyəti və KİV-in inkişafı, o cümlədən, humanitar yardım nəzərdə tutulub. Buna qədər ABŞ və Ermənistan arasında 120 milyon dollar həcmində qrant sazişi bağlanmışdı.