...

Brüsseldə NATO toplantısı keçiriləcək

Dünya xəbərləri Materials 5 Mart 2025 15:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 3-4-də Brüsseldə NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin planlı görüşü keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Şimali Atlantik alyansın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, NATO üzv-dövlətlərinin xarici işlər nazirləri 3-4 apreldə Brüsseldə görüş keçirəcəklər. İclas NATO baş katibi Mark Rüttenin sədrliyi altında keçiriləcək.

Qeyd edilir ki, gözlənilən toplantının gündəmi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti