Bakı. Trend:
Avstraliya sahillərinə çatan "Alfred" tropik siklonu ilə əlaqədar 83 mindən çox ev elektrik enerjisi xətlərindən kəsilib.
Trend-in məlumatına görə, bu barədə qitənin şərqində paylayıcı şəbəkələrə xidmət göstərən "Essential Energy" enerji şirkəti xəbər verib.
Məlumata əsasən, martın 7-si səhər saatları ücün Yeni Cənubi Uels ştatında ən azı 43 000 ev və müəssisə işıqsız qalmışdı, daha əvvəl isə Kvinslend ştatında daha 40 000 ev təsərrüfatları elektrik xətlərinə çıxışı itirmişdi.
"Siklonun yaxınlaşması nəticəsində hava şəraitinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar təmir briqadalarının işi gecə saatlarında dayandırılıb", - deyə qeyd edilib.