Bakı. Trend:
Ukrayna münaqişəsinin həlli danışıqlar prosesinə əsaslanmalıdır.
Trend-in məlumatına görə, bu barədə Çinin xarici işlər naziri Vanq Yi deyib.
"Danışıqlar münaqişənin son nöqtəsidir, eyni zamanda sülhün bərpasının başlanğıcıdır", - deyə o bildirib.
Diplomat qeyd edib ki, Çin Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə nizamlanmasına yönəlmiş bütün səyləri alqışlayır.
Eyni zamanda o, əlavə edib ki, “bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyinin olmaması üzərində qurula bilməz”.
Vanq Yi münaqişənin uzandığını və problemin həlli üçün vaxta ehtiyac olduğunu etiraf edib.