Bakı.Trend
Çin hökuməti cavab tədbirləri olaraq Kanadanın bəzi məhsullarına qarşı əlavə gömrük rüsumları tətbiq etməyə başlayıb.
Trend xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Kommersiya nazirliyi məlumat yayıb.
“Kanadanın qəbul etdiyi ölçülər ayrıseçkilik xarakterli məhdudiyyətlərdir, onlar ticarətdə müntəzəm düzənə təsir edir, hüquqlara və çin müəssisələrinin maraqlarına zərbə vurur.
Çin Kanadadan idxal olunan bəzi mallara gömrük rüsumlarını tətbiq etmək qərarına gəlib”, -bəyanatda deyilir.