...

USAID əməkdaşlarına məxfi sənədlərin məhv edilməsi tapşırılıb

Dünya xəbərləri Materials 12 Mart 2025 12:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yüksək vəzifəlisi qurum əməkdaşların qərargaha toplaşmasını və binada olan məxfi sənədlərin yandırılması üzrə kollektiv işin təşkil olunmasını əmr edib.

Trend xəbər verir ki, bu haqda “Politico” öz mənbələrinə istinadla yazır.

İddiaya görə, göstəriş yazılı şəkildə məktubla əməkdaşların xidməti elektron poçt ünvanlarına göndərilib. Göndərənin isə USAID-in icraçı direktoru vəzifələrini müvəqqəti icra edən Erik Karr olduğu deyilir.

“Əvvəl bacardığınız qədər çox sənəd məhv edin, görsəniz ki, şreder cihazları sıradan çıxır və ya cihazın fasiləyə ehtiyacı var, yandırmaq üçün paketlər yanınızda olsun”, - göstərişin verildiyi elektron məktubda qeyd olunur.

“Politico” yazır ki, USAİD-də əməkdaşların kütləvi şəkildə ixtisarı ilə əlaqədar sənədlərin məhv edilməsi işləri qərargahdakı əməkdaşların normal iş qrafikini üstələyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti