...

Türkiyənin Ambarlı limanı 1 milyon tondan çox yük qəbul edib

Dünya xəbərləri Materials 17 Mart 2025 10:34 (UTC +04:00)

Bakı. Trend:

2025 - ci ilin yanvar ayında Türkiyənin Ambarlı limanı 1 milyon 529 min 302 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında 247 min 800 ton yük , digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 281 min 502 ton yük daşınıb.

2025 - ci ilin yanvar ayında Ambarlı limanından 278 min 88 tranzit yük aşırılıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30 milyon 855 min 73 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 494 min 852 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.

2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti