...

Avropa İttifaqı Ukraynaya 3,5 milyard avroluq tranşı təsdiqləyib

Dünya xəbərləri Materials 17 Mart 2025 14:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqı Şurası Ukraynaya makromaliyyə yardımı proqramı çərçivəsində növbəti 3,5 milyard avroluq tranşı təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Şuranın rəsmi bəyanatında deyilir.

“Şura Ukraynaya təxminən 3.5 milyard avro həcmində sayca üçüncü ödənişi təsdiqləyib. Bu, üçüncü tranşla Ukrayna bir il əvvəl ukrayna fondunun yaradılmasından bəri (ümumilikdə) 20 milyard avroya yaxın vəsait əldə etmiş olacaq”, - deyə bəyanatda qeyd olunur.

Sənəddə bildirilir ki, rəsmi Kiyev tranşın həyata keçirilməsi üçün Brüsselin tələb etdiyi 13 addımdan hər birini yerinə yetirib.

Sözügedən addımlara enerji nizamlayıcısının muxtariyyətinin artırılması, Avropa İttifaqı standartlarına uyğun sərhəd-buraxılış prosedurları, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün islahatların aparılması, kənd təsərrüfatının inkişafı ilə bağlı strategiyanın qəbul olunması və sair məsələlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti