...

HƏMAS Qəzza ilə bağlı razılığa nail olmaq üçün çeviklik nümayiş etdirməyə hazırdır

Dünya xəbərləri Materials 23 Mart 2025 03:47 (UTC +04:00)
HƏMAS Qəzza ilə bağlı razılığa nail olmaq üçün çeviklik nümayiş etdirməyə hazırdır

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında hərtərəfli atəşkəs və İsrail qoşunlarının oradan çıxarılması ilə bağlı razılığa gəlmək üçün "bütün lazımi çevikliyi göstərməyə" hazırdır.

Trend-in məlumatına görə, bu barədə hərəkatın nümayəndələri Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı bildiriblər.

"HƏMAS nümayəndə heyətinin üzvləri İsrailin atəşkəs razılaşmasına əməl etməsinin zəruri olduğuna inandıqlarını vurğuladılar və həmçinin hərəkatın razılaşmaya sadiq olduğunu və Qəzza zolağında hərbi əməliyyatların hərtərəfli dayandırılması, girovların [fələstinli məhbuslarla] dəyişdirilməsi və İsrail qoşunlarının anklavdan çıxarılması haqqında sazişin bağlanması üçün bütün lazımi çevikliyi nümayiş etdirməyə hazır olduğunu bildiriblər", - deyə qeyd olunub.

Görüşdə hərəkatın nümayəndə heyətinə HƏMAS-ın danışıqlar qrupunun lideri Xəlil əl-Heya başçılıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti