Bakı. Trend:
Pakistan quru qoşunları Əfqanıstanla sərhəddə baş verən atışma zamanı 16 yaraqlını öldürüb.
Trend xəbər verir ki, Pakistan ordusunun mətbuat xidmətinin açıqlamasına görə, yaraqlılar ölkə ərazisinə sızmağa cəhd göstəriblər, lakin qoşunlar onların fəaliyyətinin qarşısını alıb.
Hadisə martın 23-nə keçən gecə, Şimali Vəziristan rayonunda (Xayber-Paxtunxva əyaləti) baş verib.
Atışma, Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiqin iki ölkə arasındakı münasibətləri və iqtisadi məsələləri müzakirə etmək üçün Kabilə səfəri fonunda yaşanıb.