...

USAID-in beynəlxalq yardımlarına edilən ixtisarların inanılmaz məbləği açıqlandı

Dünya xəbərləri Materials 27 Mart 2025 11:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın USAID beynəlxalq yardımlarına ayrılan vəsaitlərdə etdiyi ixtisarların həcmi 27 milyard dollardan çoxdur.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

"Tramp administrasiyası USAID tərəfindən idarə olunan 5300-dən çox qrant və müqaviləni dayandırıb ki, onların ümumi məbləği 27 milyard dollardan çoxdur. ABŞ Konqresinə göndərilən sənəddə qeyd olunur ki, eyni zamanda 900-ə yaxın proqram qorunub saxlanılıb və onlara 8,3 milyard dollar ayrılıb", – KİV-lər yazır.

Ekspertlər hesab edirlər ki, bu addım nəticəsində dünyada daha çox insan xəstələnə bilər, belə ki, ABŞ qlobal səhiyyə və humanitar yardım sahəsində ən iri donor ölkələrdən sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti