Bakı. Trend:
Avropalı hərbi rəhbərlər Ukraynaya qoşun yeridilməsinin müxtəlif variantlarını nəzərdən keçirir. Onlar Dnepr boyunca və ya ölkənin qərb bölgəsinə yerləşdirilə bilərlər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Fransa hökumətindən olan mənbəyə istinadən məlumat yayıb.
“Fransanın irəli sürdüyü mümkün variantlardan biri koalisiya üzvlərinin mərkəzi Ukraynada Dnepr çayı boyunca, cəbhə xəttindən uzaq ərazidə əhəmiyyətli hərbi qüvvələr yerləşdirməsidir”, - məlumatda qeyd olunur.
Qeyd edilir ki, qoşunların cəbhə xəttindən daha uzaqda – ya Qərbi Ukraynada, ya da qonşu ölkədə yerləşdirilməsi də nəzərdən keçirilir.