...

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Dünya xəbərləri Materials 10 Aprel 2025 09:49 (UTC +04:00)
Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ 75-dən çox ölkənin mallarına qarşı “qarşılıqlı” idxal rüsumlarının tətbiqini müvəqqəti olaraq dayandırıb.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

Tramp qeyd edib ki, möhlət müddətinin 90 gün davam edəcəyi bildirilir.

“75-dən çox ölkənin ABŞ nümayəndələrinə müraciət etməsi faktını və onların mənim israrlı təklifimi qəbul edərək, heç bir cavab tədbiri görməməsini nəzərə alaraq, bu müddət ərzində qarşılıqlı rüsumun əhəmiyyətli dərəcədə azaldılması, 10 faizə endirilməsi ilə bağlı sərəncam vermiş, sənəd dərhal qüvvəyə minir”,- prezident bildirib.

O eyni zamanda, Ağ evin Çindən olan mallara qarşı idxal rüsumlarını nə az-nə çox 125 faizə qaldırdığını diqqətə çatdırıb və bunu Çin rəhbərliyinin dünya bazarlarına hörmətsizliyi ilə əsaslandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti