Bakı.Trend:
Qırğızıstanda naməlum şəxslər avropalı turistləri daşıyan qatarın vaqonlarını daş atəşinə tutub.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Qırğızıstan Dəmir Yolları”nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, insident Kant-Alamədin xəttində yaşanıb.
“Naməlum şəxslər vandallıq göstərərək, Avropadan olan xarici turistləri Balıqçı şəhərindən daşıyan turistik qatarı daş atəşinə tutaraq, vaqonların şüşələrini sındırıblar”,- məlumatda qeyd olunur.