...

Biz Suriyanın yenidən qeyri-sabitlik uçurumuna yuvarlanmasına göz yummayacağıq - Ərdoğan

Dünya xəbərləri Materials 11 Aprel 2025 17:25 (UTC +04:00)
Biz Suriyanın yenidən qeyri-sabitlik uçurumuna yuvarlanmasına göz yummayacağıq - Ərdoğan
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Biz Suriyanın yenidən qeyri-sabitlik uçurumuna yuvarlanmasına göz yummayacağıq.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan 4-cü Antaliya Diplomatik Forumunun açılışında etdiyi çıxışda bildirib.

“Biz imkan verməməliyik ki, təkcə Suriyada deyil, bütün regionumuzda daimi sabitliyin təmin olunması üçün istifadə olunan fürsət 8 dekabr hadisələri nəticəsində əldən verilsin. Suriyanın yenidən qeyri-sabitlik uçurumuna yuvarlanmasına göz yuma bilmərik. Xüsusilə vurğulamaq istəyirəm ki, Suriyanın ərazi bütövlüyü, sabitliyi və təhlükəsizliyini biz öz maraqlarımızdan ayrı tutmuruq. Çünki bu ölkə ilə 911 kilometrlik ortaq sərhədimiz var”, - deyə o bildirib.

Ərdoğan qeyd edib ki, Suriya xalqı acı çəkməkdən, zillətdən və müharibədən cana yığılıb.

"Suriyalı qardaşlarımıza bu əzabları yenidən yaşatmaq istəyənlər atacaqları addımların nəticələrini nəzərə almalıdırlar. Heç kim bizim hüzurumuzu, səbrimizi və problemləri dialoq yolu ilə həll etmək istəyimizi yanlış anlamamalıdır. Bizim təmkinli davranışımız kimisə səhv və təhlükəli iddialara sövq etməməlidir”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti