...

Gürcüstanda partiyaların fəaliyyətini qadağan edən qanunvericilik paketi təsdiqlənib

Dünya xəbərləri Materials 15 Aprel 2025 17:30 (UTC +04:00)
Gürcüstanda partiyaların fəaliyyətini qadağan edən qanunvericilik paketi təsdiqlənib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamenti siyasi partiyaların qadağan olunması ilə bağlı qanunvericilik paketini birinci oxunuşdan təsdiqləyib .

Trend xəbər verir ki, bu barədə “Qruziya-Onlayn” nəşri yazır.

Məlumata görə, “Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara planlaşdırılan dəyişikliklər yekdilliklə – 83 səslə qəbul edilib.

Qanunvericilik paketi “Gürcü Arzusu” fraksiyası tərəfindən təqdim olunub. Layihəyə əsasən, əgər bir partiyanın bəyan olunmuş məqsədi, fəaliyyətinin mahiyyəti və hətta şəxsi tərkibi məhkəmə tərəfindən artıq qadağan edilmiş digər partiyanın məqsəd və fəaliyyətinə, eləcə də şəxsi tərkibinə uyğun gəlirsə, Konstitusiya Məhkəməsi həmin partiyanı da qadağan edə biləcək.

Qanunvericiliklə qadağan edilmiş və ya özünü ləğv etmiş partiyanın əmlakı dövlət xəzinəsinə keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti